AZ

Vyetnamda sel zamanı 233 nəfər öldü

Vyetnamın şimal hissəsində sel və daşqın nəticəsində 233 nəfər həlak olub, daha 823 nəfər isə xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Vyetnam Xəbər Agentliyi yayıb. 

Bildirilir ki, "Yaqi" tayfunu səbəbindən baş verən sel zamanı 103 nəfər itkin düşüb. 

Ölkənin 26 vilayət və şəhərində daşqınlar səbəbindən 204 mindən çox ev dağılıb, yaxud su altında qalıb. Sel suları 263 min hektar kənd təsərrüfatı sahəsini məhv edib. 

Qeyd edək ki, sentyabrın 1-də Cənub-Şərqi Asiyada "Yaqi" tayfunu müşahidə edilib. Təbii fəlakət Filippin, Çin və Konqkonqda insan tələfatına səbəb olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
milli.az

3Mənbələr