"Kəpəz" Vurğun Hüseynovla yolları rəsmən ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı müdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Azərbaycan millisində 15 oyun keçirən və 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"da da çıxış edib.
2023-cü ildən "Kəpəz"də forma geyinən tovuzlu bundan sonra məşqçi olaraq fəaliyyət göstərəcək.
Amma Gəncədə və doğma rayonunda yox. Vurğun “Sumqayıt”a dönüb. O, tezliklə “kimyaçılar”ın akademiyasında işə başlayacaq.
SPORTİNFO.AZ