AZ

Türk fəal öldürüldü: 164,6 milyonluq satış baş tutdu

ABŞ Dövlət Departamenti İsrailə 164,6 milyon dollar dəyərində hərbi sahədə istifadə olunacaq ağır yükdaşıyan tank qoşquları və müvafiq avadanlıqların satışına icazə verib.

"Cebheinfo.az" xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən açıqlamada satış qərarını Konqresə bildirən lazımi sertifikatın verildiyi bildirilib.

Açıqlamada bildirilib ki, İsrail hökumətinin tələbi ilə Xarici İşlər Nazirliyi ümumi dəyəri 164,6 milyon dollar olan tank qoşqularının və əlaqədar avadanlıqların satışına icazə verib. Bu təsdiqi bildirən lazımi sertifikat Konqresə təqdim edilib.  

Açıqlamada tədarüklərin 2027-ci ildə başlanmasının təxmin edildiyi və satışa tank qoşquları, eləcə də ehtiyat, təmir hissələri, alətlər, sürücü dəstləri, texniki sənədlər, logistika proqramı dəstəyi kimi malların daxil olduğu bildirilib.

Maraqlıdır ki, İsrailə bu satışın təsdiqlənməsi işğal altındakı İordan çayının qərb sahilində türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin qətli ilə bağlı müstəqil istintaqa başlanılması və İsrailə hərbi yardımın dayandırılması ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edib.

Seçilən
46
1
cebheinfo.az

4Mənbələr