AZ

Şahdağa qar yağdı

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 45 mm, Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.

Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
61
49
oxu24.com

10Mənbələr