AZ

Qiymət artımını tənqid etdilər

“Günə doğru” verilişinin aparıcıları Rahil Sayadoğlu və Sevda Rəsulqızı tənqidi çıxışları ilə gündəmə gəliblər.

OLAY yazır ki, onlar gediş haqqının və internetin qiymətinin artırılmasına baxmayaraq, keyfiyyətin eyni qalmasına irad bildiriblər.

R. Sayadoğlu “İctimai nəqliyyatda gediş haqqı artdı, keyfiyyət artdımı? Yox. İnternetdə qiymət artdı, sürət artdımı? Yox. Deyin ki, elə-belə artırmaq istəyirik”, - deyə, vurğulayıb.

S. Rəsulqızı isə “Siz də bəziləri kimi, “barmağınıza dolayın” deyin ki, inkişaf etmiş ölkələrdə artırıldığı üçün artırırıq”, - deyə, bildirib. 

R, Sayadoğlu həmkarına “İnkişaf etmiş ölkələrin təqaüdü, maaşı burada varmı? Yox” cavabını verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
olay.az

3Mənbələr