AZ

İtaliya RAI müxbirlərini axtarışa verən Rusiya səfirini nazirliyə çağırdı

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Rusiyanın Romadakı səfirini nazirliyə çağırıb, çünki İtaliyanın ictimai yayımı RAI kanalının müxbirləri Moskva tərəfindən “axtarılanlar siyahısına” salınıb.

Turkustan.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərində avqust ayında Ukrayna əsgərləri ilə Rusiyanın Kursk bölgəsinə gedən RAI kanalının müxbiri Stefania Battistini ilə operator Simone Traininin də axtarışda olduğu bildirilib.

RAI-nin verdiyi açıqlamada Rusiya Daxili İşlər Nazirliyinin öz müxbirlərini “axtarılanlar siyahısına” əlavə etməsinin məlumat azadlığının pozulması demək olduğu, Battistini və Traininin müdafiə olunacağı bildirilib.

İtaliyadakı mətbuat və nəşriyyatın peşəkar palataları da Rusiyanın Battistini və Trainini “axtarılanlar siyahısına” daxil etməsinə reaksiya göstərərək, “jurnalistika cinayət deyil” deyib.

Rusiya-Ukrayna müharibəsində baş verənləri izləmək üçün Ukraynada olan RAI müxbirləri Battistini və Traini Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisi olan Kursk vilayətinə başlatdığı hücumları izləmək üçün Ukrayna əsgərləri ilə bölgəyə daxil olub, çəkilişlər aparıblar.

Jurnalistlərin xəbəri avqustun 15-də İtaliyada dərc edildikdən sonra Moskva sərt reaksiya verərək İtaliyanın Rusiyadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb və hər iki şəxs barəsində cinayət işi başlanıb.

Bu hadisələrdən sonra RAI kanalı təhlükəsizliklərini əsas gətirərək iki müxbirini müvəqqəti olaraq İtaliyaya çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
120
turkustan.az

1Mənbələr