AZ

Londonda Benksinin əsərini oğurlayan iki nəfər məhkəmə qarşısına çıxarılıb

Londonda

London, 13 sentyabr, AZƏRTAC

Britaniya paytaxtında mərkəzi London qalereyasından Benksi adı ilə tanınan ingilis rəssam-qrafitistin əsərini oğurlamaqda ittiham olunan iki nəfər hakim qarşısına çıxarılıb.

AZƏRTAC Metropoliten Polisinə istinadən xəbər verir ki, oğurlanan əşya Benksinin "Qız və şar" adlı əsəri olub.

Hakim qarşısına çıxarılan şəxslərin növbəti məhkəməsi oktyabrın 9-na təyin edilib. Oğurlanan əsər artıq geri qaytarılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
47
1
azertag.az

3Mənbələr