AZ

İsraildə şok istefa: Kritik ad postunu tərk etdi

İsraildə kiberməkan və rəqəmsal kəşfiyyatdan məsul bölməyə rəhbərlik edən briqada generalı Yossi Shariel, "uğursuzluğunu" əsas gətirərək istefa verib.

Turkustan.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərində bildirilir ki, briqada generalı Şəriel istefası barədə Baş Qərargah rəisi Herzi Halevi və Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) rəhbəri briqada generalı Şlomi Binderi məlumatlandırıb.

O, İsrail ordusu radiosu tərəfindən yayımlanan istefa məktubunda “Oktyabrın 7-də səhər saat 06.29-da vəzifəmi yerinə yetirə bilmədim” deyib.

KAN-ın məlumatına görə, İsrail Ordusunun sözçüsü Şərielin istefası ilə bağlı verdiyi açıqlamada 8200-cü bölmənin rəisi Şərielin bu gün komandirlərinə və ətrafına təqaüdə çıxmaq istədiyini bildirdiyi, vəzifəsindən ayrılacağı bildirilib.

2021-ci ildə İsraildə kiberkəşfiyyatdan məsul olan 8200 saylı bölmənin rəhbəri olmuş Şərielin istefası İsrail hərbi kəşfiyyat komandanlığında 7 oktyabr hücumları ilə bağlı ilk istefa deyil. Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Aharon Haliva da 7 oktyabr 2023-cü il tarixinə istinad edərək, aprelin 22-də istefa verib.

Oktyabrın 7-də Qəzza ətrafındakı hücumlarda uğursuzluğa düçar olduğu üçün istefaya qərar verən Haliva istefa məktubunda "Komandirliyimdəki kəşfiyyat birliyi missiyasını yerinə yetirə bilmədi. Müharibənin ağrısını sonsuza qədər çəkəcəyəm. İndi istəyirəm məsuliyyəti qəbul edib, vəzifəmi bitirmək istəyirəm”. O, aşağıdakı ifadələrdən istifadə edib:

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
turkustan.az

1Mənbələr