AZ

Masallı Dövlət Regional Kollecində Pedaqoji Şura keçirilib - FOTO

13 sentyabr 2024-cü il tarixində Masallı Dövlət Regional Kollecdə 2024/2025-ci  tədris ilində Pedaqoji Şuranın ilk iclası keçirildi. Pedaqoji Şuranın sədri Namik  Ağayev iclası açaraq yeni tədris ilinin başlanması münasibətilə bütün kollektivi  təbrik etdi  və gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.     Pedaqoji Şurada 2023/2024-cü tədris ilinin yay semestrinin gedişi və nəticələri barədə, 2024/2025-ci tədris ili üçün ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulu planının icra vəziyyəti haqqında, 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti barədə məlumat verildi.   Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər  müzakirə olunaraq  müvafiq qərarlar qəbul olundu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
asiya.az

1Mənbələr