ABŞ-ın təyyarə istehsalçısı "Boeing"in ABŞ-dəki "West Coast" fabrikinin işçilərinin 96 faizi dünən tətilin lehinə səs verib və tətil etmək qərarına gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, istehsal gecikmələri və artan borclarla mübarizə aparan"Boeing"də 2008-ci ildən bəri ilk tətil sabah 10:00-da başlayacaq.
Seattle və Portland bölgələrində "Boeing"in 737 MAX və digər reaktiv təyyarələrini inşa edən təxminən 30,000 işçinin böyük əksəriyyəti tətilin lehinə səs verib. Şirkətin təklif etdiyi sövdələşməyə ümumi əmək haqqının 25 faiz artırılması, 3000 ABŞ dolları məbləğində imza bonusu və istehsal proqramının müqavilədən sonra dörd il ərzində başlaması şərti ilə Sietl ərazisində "Boeing"in növbəti kommersiya təyyarəsini tikmək öhdəliyi daxildir.
Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Assosiasiyası üzvlərinin 96 faizi tətilin lehinə səs verib.