AZ

Harris Trampla daha bir debatın keçirilməsini tələb edir

Bakı, TurkicWorld

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd, hazırkı vitse-prezident Kamala Harris Respublikaçılar Partiyasından namizəd, keçmiş dövlət başçısı Donald Trampla daha bir debatın keçirilməsinin zəruriliyinə əmindir.

TurkicWorld bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-də prezidentliyə namizədlər üz-üzə debatlar haqqında uzaqdan mübahisə etməyə başlayıblar. Demokrat Kamala Harris daha bir debat keçirməkdə israrlıdır. Lakin respublikaçı Donald Tramp artıq buna razı olmadığını açıqlayıb.

"2 dəfə debatlarda iştirak etmişəm - Harris və Bayden ilə, buna görə də dayanma vaxtının gəldiyini hesab edirəm", - Tramp qeyd edib.

Qeyd edək ki, sentryabrın 10-da ABŞ prezidentliyə namizədlər araslnda keşən debat 90 dəqiqə davam edib və əsasən qarşılıqlı ittihamlarla keçib. Tramp nəticədə özünü qalib elan edib. Harris isə Trampın dediyinə görə, ikinci raund tələb edən boksçular kimi, məğlub olduğu üçün ikinci debatın keçirilməsini istəyir.

Seçilən
44
1
turkic.world

2Mənbələr