AZ

İtaliya və Rusiya arasında GƏRGİNLİK

RAİ kanalı, Rusiya Daxili İşlər Nazirliyinin jurnalistləri “axtarılanlar siyahısına” əlavə etməsini məlumat azadlığının pozulması kimi qiymətləndirib. Battistini və Traini adlı müxbirlərin müdafiə olunacağını açıqlayıb. 

News24.az xəbər verir ki, İtaliyadakı mətbuat birlikləri Rusiyanın Battistini və Trainini siyahıya daxil etməsinə reaksiya verərək “jurnalistika cinayət deyil” deyib.

Xatırladaq ki, RAİ-nin Ukraynadakı müxbirləri avqustun 6-da Ukrayna ordusunun Kursk vilayətinə hücumlarını izləmək üçün bölgəyə daxil olub və onlar haqqında məlumat yayıblar. Avqustun 15-də İtaliyada bu xəbər dərc edildikdən sonra Moskva sərt reaksiya verib. 

İtaliyanın Moskvadakı səfiri nazirliyə çağırılıb, Battistini və Traini barəsində cinayət işi başlanıb.

Son hadisələrdən sonra RAİ təhlükəsizlik səbəbi ilə iki müxbirini müvəqqəti olaraq İtaliyaya geri çağırıb.

Məryəm İlhamqızı

Seçilən
26
1
news24.az

2Mənbələr