Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfər edib. Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Burada daha çox tankların alınması nəzərdən keçilir. Ermənistanın silah almaq istədiyi ölkələr arasında Yaponiyada var.Vətən müharibəsi zamanı ordumuz Ermənistanın hərbi texnikalarını darmadağın edib, yerdə qalanlar isə qənimət kimi götürülərək Hərbi Qənimətlər Parkına yerləşdirilb. Bu gün dövlət tərəfindən müasir ordunun yaradılması istiqamətində ciddi işlər görülür. Müharibədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Amma Ermənistan tərəfi hələ də yaşananlardan dərs çıxarmaq niyyətində deyil. Hər keçən gün yeni hərbi texnikaların əldə olunması üçün qərbdən xeyli miqdarda maliyyə yardımı alır.Belə olan təqdirdə Azərbaycanın silah arsenalının yenilənməsinə ehtiyac varmı? Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert səxavət Məmməd deyib ki, Ermənistanın silahlanmasına diqqət yetirsək ilk növbədə müqavilələr imzalayır. Amma həmin silahlar hələ Ermənistana gəlib çatmayıb:"Ermənistana yaxın dövlətlər gələcək üçün onun müdafiə qabiliyyətini gücləndirməyə çalışırlar. Bununla yanaşı, Ermənistan bu gün həmin ölkələrdən hücum silahları da alır. Bu regionda silah yarışını başlatmış olur. Regionda silahının başladılması Ermənistan tərəfindən gəldi. Bu gün həmin silahların alınmasına böyük vəsait lazımdır. Azərbaycana qətiyyən silahlanma lazım deyil. Hazırda Qarabağda bərpa quruculuq işləri aparılır. Həm müharibəyə hazırlaşma, həm də silahların alınması və böyük tədbirlərin keçirilməsi dövlət büdcəsinə ağır yükdür. Bir ölkənin iqtisadiyyatı buna dözə bilməz".Ekspertin sözlərinə görə, amma bəzi məsələlərdə silahların yenilənməsinə ehtiyac var. Ermənistanın aldığı Sezar haubitsalar var ki, o haubitsalara qarşı Azərbaycanda almağa çalışdı. Çexiya istehsalı olan DİTA haubitsaları alındı. İkisinin oxşar və fərqli cəhətləri olsa da, döyüş meydanında effektiv olacağını indidən demək çətindir:"Sezar Haubitsası isə müasir texnologiyalar üzərində qurulub. Azərbaycan tərəfi aviasiya parkını yeniləməyə - JF-17-lər almağa çalışır. Hətta bununla bağlı Pakistanla müqavilə imzalanıb. Hər iki tərəf müharibədən sonra öz iqtisadiyyatını orduya yönəldib. Bu ölkədə müəyyən problemlər yaradır. Biz indiki məqamda bunların şahidi oluruq. Ermənistana Avropa İttifaqı yaxud Amerika maliyyə ayıran kimi dərhal silah almaq üçün müqavilə bağlayır. Maraqlıdır ki, müqavilə ayrılan pulun miqdarı ilə bağlanır. Konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı kimlər maraqlıdırsa, onlar Ermənistanın yanındadır. Faktiki olaraq, bu məsələ Rusiya, Amerika, NATO savaşının bir tərkib hissəsidir. Görünən odur ki, proses daha da ağırlaşacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta