AZ

"Putin ABŞ və Böyük Britaniyanı müharibə ilə təhdid edir" - "The Times"

 
"Bu münaqişəni Rusiya başlayıb, qanunsuz olaraq Ukraynaya soxulub, Rusiya da münaqişəyə son qoya bilər..."
 
Britaniya bəyan edir ki, yalnız Ukraynanın özünümüdafiə hüququna dəstək verir...
 
Rusiya hakimi Vladimir Putin ABŞ və Böyük Britaniyayanın Ukraynaya uzaqmənzilli raketlərdən onun ölkəsindəki hədəflərə zərbələr üçün imkan verəcəkləri təqdirdə Rusiya ilə "döyüşəcəkləri" ilə bağlı xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniya baş naziri Kir Starmer cümə günü Ağ Evdə Ukraynaya "Storm Shadow" raketlərilə zərbələr endirilməsinə icazə verilməsilə bağlı danışıqlar aparacaq. Gözlənilir ki, onlar bu məsələdə razılığa gələcək, çünki Rusiya İrandan 200-dən artıq ballistik raket alıb, bunu da Qərb "xeyli eskalasiya" adlandırıb.
 
Putin isə Rusiya dövlət televiziyasında cümə axşamı vurğulayıb ki, bu addım "münaqişənin təbiətinin özünü əhəmiyyətli dərəcədə dəyişəcək", bu da Moskvanı cavab verməyə vadar edəcək.
 
"Bu o demək olacaq ki, NATO ölkələri Rusiya ilə müharibə vəziyyətindədir. Biz üzləşəcəyimiz təhlükələr əsasında müvafiq qərarlar qəbul edəcəyik", - o, bəyan edib.
 
Eyni zamanda Starmer Putinin ittihamlarını qətiyyətlə rədd edib və Ukraynanın özünümüdafiə hüququnu xatırladıb.
 
"Bu münaqişəni Rusiya başlayıb. Rusiya qanunsuz olaraq Ukraynaya soxulub. Rusiya bu münaqişəyə  dərhal son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var və aydındır ki, biz buna tamamilə dəstək vermişik və təlim üçün imkanlar yaratmışıq. Biz Rusiya ilə heç bir münaqişə istəmirik, bu hətta bizim niyyətimiz də deyil. Lakin onlar bu münaqişəyə başlayıb və Ukraynanın özünümüdafiə hüququ var", - o, müttəfiqlərin mövqeyini izah edib.
 
Gözlənilir ki, Bayden və Starmer Putinin Ukraynaya hərbi müdaxiləsinə necə son qoyulması məsələsini müzakirə edəcək. O cümlədən, baş nazir Ağ Evdə iki saatlıq görüşdən müharibənin "uzunmüddətli həllinə" nail olunması, habelə Qəzzada münaqiənin müzakirə edilməsi üçün istifadə edəcək.
 
Birləşmiş Ştatların "Storm Shadow" və onun fransız ekvivalenti olan "Scalp" raketlərinə "yaşıl işıq" verə biləcəyinə rəğmən, bu, Putinin mümkün cavabından ehtiyatlılıq fonunda Amerikanın ATACMS ballistik raketlərinə şamil edilməyə bilər.
 
Qərb məmurlarının birinin fikrincə, onlar hesab edir ki, Vaşinqtondakı diskusiyada diqqət "Bayden administrasiyasının qalan aylarını Ukraynanın ilin sonunadək güclü mövqedə olması üçün necə istifadə edəcəyimizə yönələcək". 
 
O cümlədən, britaniyalılar ümid edir ki, zərbələrə icazə verilməsi Zelenskiyə Putini danışıqlar masasına cəlb edilməsində üstünlüklər verəcək. Bu, həm də Ukraynanın ərazilərinin bir hissəsi əvəzinə sülhə razılaşması imkanıdır, bu da Ağ Evdə müzakirə ediləcək mövzular sırasında olacaq.
 
Ukraynalı hərbi mənbələrdən biri davam edən diskusiyalardan və Baydenin Rusiyaya yalnız müəyyən uzaqmənzilli silahlardan istifadə edilməsinə icazə verməsi perspektivini tənqid edib.
 
"Düşünürəm ki, bu müharibəni yarımçıq tədbirlərlə udmaq və ya dayandırmaq mümkün deyil. Hər gün neçə-neçə insan həyatına son qoyulur, dağıntılar törədilir, biz sağ qalmağımız üçün aydın şeyləri xahiş edirik. İnsan həyatları hesabına zamanı udmaq ədalətsizlikdir", - nəşrin həmsöhbəti qəzəbini bölüşüb.
Seçilən
273
29
moderator.az

10Mənbələr