"Azərbaycanda bazarında satışda olan bütün telefonlar xaricdən ölkəyə gətirilir".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, artıq qanunsuz yollarla ölkəyə telefon gətirilməsinin qarşısı alınıb:
"Əvvəllər müxtəlif yollarla vergidən yayınaraq telefon gətirirdilər. Ona görə də bəzi telefon mağazalarında qiymətlər aşağı olurdu. Hətta qeyri-qanuni yolla ölkəyə gətirilib bazara çıxarılan smartfonlar rəsmi dillərlərin də qiymətlərinə təsir edirdi. Amma artıq gömrükdə belə halların qarşısı tamamilə alınır".
Onun sözlərinə görə, telefon bazarında müəyyən qiymət artımının də səbəblərindən biri rəsmiləşmədir:
"Sərhəddən keçəndə telefonun dəyərinin 36 faizi qədər vergi verilir. Məsələn, 1000 manata olan telefon üçün 360 manat vergi ödənilir. Ona görə əvvəl bir az ucuz idi. İndi isə ölkəyə başqa yollarla gətirilmənin və vergidən yayınmanın qarşısı alınıb.
Vergidən başqa, telefonun gətirilmə xərcləri də qiymətin üzərinə gəlir. Son zamanlarda gətirmə xərcləri də bir az bahalaşıb. Yəni əvvəlki 3-5 ilə görə daha bahadır. Həmçinin, telefonların qeydiyyat rüsumu da bir qədər artırılıb. Bütün bunlar isə bazardakı qiymətlərə də təsir göstərir. Lakin bu sahədə də şəffaflığın və rəsmiləşmənin olması çox vacibdir".
İqtisadçı mobil telefonların bahalaşmasının digər səbəblərindən də söz açıb:
"Telefon istehsalçıları qiyməti daha baha etmək üçün hər yeni modelə müəyyən parametrlər əlavə edirlər. Nəticədə, insanlar da onu almaq istəyirlər. Bu səbəbdən də hər yeni gələn telefon bahalaşır. Əslində, bu da mobil telefon istehsalçılarının strategiyasıdır. Onlar, bu yolla qazanclarını artırırlar".
Pərviz