AZ

Ermənistanın yeni silahlanma siyasəti – İrəvanın bu ölkələrdən silah almağının məqsədi BƏLLİ OLDU

“Ermənistan son zamanlar sürətlə silahlanır. Bu fonda Ermənistan yeni havadarlar çətiri altında Cənubu Koreya və Yaponiya ilə hərbi əməkdaşlıq qurmaqla bağlı müəyyən addımlar atırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert Ermənistanın Cənubi Koreya və Yaponiyadan silah alması faktına münasibət bildirib.

O hesab edir ki, prinsip cəhətdən, hansı əməkdaşlığı hansı formada aparılması hər ölkənin öz daxili işidir:

“Ancaq burada diqqət cəlb edən məsələ odur ki, Ermənistanın bütün hərbi-texniki əməkdaşlığının qurulması Rusiyaya dost olmayan ölkələrdir. Bu da onu göstərir ki, silahlanma istiqamətində Ermənistan məhz Rusiyaya qarşı olan koalisiya ilə hərbi əməkdaşlığı genişləndirərək, bununla da öz kursunu göstərir.

Əlbəttə, Cənubi Koreya və Yaponiya son zamanlar hərb sahəsi və müasir döyüşlərdə rəqəmsal süni intellekt imkanlarından geniş istifadə edir. Belə olduğu halda, Ermənistanın məhz Cənubi Koreya və Yaponiya istiqamətində hərbi əməkdaşlığını qurmaq istəyi, ola bilsin ki, gələcəkdə süni intellekt potensialına malik olan hərbi avadanlığın bu ölkəyə gətirilməsi ilə bağlıdır ki, bunu da istisna etmirəm”.

Onun sözlərinə görə, burada diqqəti bir məsələ də cəlb edir ki, Ermənistanın bu gün aldığı silahlar nə Rusiyada istehsal olunan texnika deyil, nə də orada istehsal olunan texnika ilə inteqrasiya olmayan avadanlıqdır:

“Ona görə də mənə elə gəlir ki, burada həm də siyasi – Rusiyadan qopmaqla bağlı məqsəd özünü büruzə verir. Bundan başqa, əgər Ermənistanın özündə hansısa qarşıdurma baş verərsə, bu toqquşma zamanı ölkə 2 yerə bölünəcək. Təbii ki, Hindistan və digər ölkələrdən alınan silahlar da məhz ölkədə yer alan Rusiyaya qarşı olan qüvvələrə bir növ yönəldiləcək. Nəzərə alsaq ki, Ermənistan ordusunun yüksək çinli zabitlərinin çoxu Rusiya meylli adamlardır, onda bu silahların gətirilməsinin bir məqsədi də Qərbyönlü hərbçilərin kurslara cəlb edilib onlara ideoloji cəhətdən təsir edilməsi, habelə gələcəkdə Qərbyönlü hərbçilərin yetirişdirilməsini özündə ehtiva edir.

Onsuz da bu gün Ermənistanın maddi imkanı hansısa müasir silahların alınmasına çatmır. Yəqin ki, havadarları tərəfindən dəstəklənən İrəvan bundan sonra Cənubi Koreya və Yaponiyada istehsal olunmuş və süni intellektə malik olan müasir silahları ölkəyə gətirəcək”.

Rafi Müslümov

Seçilən
185
yenicag.az

1Mənbələr