AZ

Rusiya və Böyük Britaniya arasında növbəti casus qalmaqalı – İngilis diplomatlar qovuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bəyan edib ki, Rusiyadakı Britaniya səfirliyinin altı əməkdaşının fəaliyyətində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkar edilib.

“AzPolitika” xəbər verir ki, FTX onların akkreditasiyadan məhrum edildiyini və ölkədən çıxarıldığını açıqlayıb.

Bu hadisənin dəqiq nə vaxt baş verdiyi barədə məlumat verilmir. Rəsmi London və Böyük Britaniyanın Moskvadakı səfirliyi FTX-nın “sənədli materiallar” əıdə etdiyinə dair iddialarını şərh etməyib.

FTX bəyan edir ki, Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğu Ukraynada müharibə başlayandan sonra Rusiyanı strateji məğlubiyyətə düçar etmək üçün çalışan xüsusi quruma çevrilib.

Xatırladaq ki, Mİ6 və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatını yüksək qiymətləndiriblər.

FTX əməkdaşı “Rossiya-24” kanalına bildiriblər ki, qovulmuş britaniyalı diplomatlar Rusiya vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. “Novaya qazeta”nın jurnalistləri, həmçinin “Vətəndaş Yardımı” və beynəlxalq “Memorial” təşkilatlarının hüquq müdafiəçiləri ilə görüşlər keçirilib. Adı açıqlanmayan bir kəşfiyyat rəsmisinin sözlərinə görə, görüşlər "klassik Britaniya casusluğu" idi və indi Rusiya hakimiyyəti bu sirkə dözməkdən yorulub.

“Təxribatçı fəaliyyətə” misal olaraq diplomatların miqrantların maraqlarının lobbiçiliyi ilə məşğul olan QHT-lərin bəzi toplantılarında iştirakı göstərilib. “Rossiya-24” ölkədən çıxarılan diplomatların da adını çəkib. Onların Cessika Davenport, Qreys Elvin, Endryu Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Pattel olduğu bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Britaniyanın Moskvadakı səfirliyini əməkdaşlarının hərəkətlərinin Rusiya xalqına zərər vurduğunu iddia edib.

Diplomatların qovulması ilə bağlı açıqlama ABŞ, Britaniya və onların müttəfiqləri arasında Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etmə imkanının mümkünlüyü ilə bağlı müzakirələr fonunda verilib.

Moskva dəfələrlə Londonu Ukraynada Rusiyanın strateji məğlubiyyətə uğratmaq cəhdlərində günahlandırıb və xüsusilə bəyan edib ki, 2022-ci ildə İstanbulda atəşkəs sazişinin imzalanmasını məhz Britaniya pozub. Britaniya hakimiyyəti deyir ki, onlar Ukraynaya Rusiyanın təcavüzünü dəf etməyə kömək edirlər, lakin Rusiya ilə birbaşa qarşıdurmaya can atmırlar.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
213
16
azpolitika.info

10Mənbələr