AZ

Coninin xarici agent kimi tanınması tələb OLUNUR

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin üzvləri Rusiya Baş Prokurorluğundan müğənnilər Coni (Cahid Hüseynli), Bianka (Tatyana Lipnitskaya) və Klava Kokanın (Klavdiya Vısokova) xaricdən maliyyələşməsini yoxlamağı tələb ediblər.

"32gun.az" xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, adıçəkilən sənətçilər ötən ilin oktyabrında “Glamotion” festivalı çərçivəsində Almaniyanın müxtəlif şəhərlərində konsertlər veriblər və bunun üçün avro ilə qonorar alıblar.

Həmçinin bildirilir ki, “Glamotion” festivalının təşkilatçıları Ukrayna Silahlı Qüvvələrinə gizli sponsorluq etməkdə şübhəli bilinirlər.

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihə Rusiya Federasiyasının Baş Prokurorluğundan musiqiçilərin fəaliyyətinin xaricdən maliyyələşməsini yoxlamağı və əgər hər şey təsdiqlənərsə, onları xarici agent kimi tanımağı xahiş edir.

Seçilən
143
2
32gun.az

10Mənbələr