AZ

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi elan etdi

Finlandiya Ukraynaya 118 milyon avro məbləğində 25-ci hərbi yardım paketini elan edib.

Olaylar bildirir ki, bu barədə məlumat ölkənin Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, bununla da rəsmi Helsinkinin Ukraynaya göndərdiyi yardımın ümumi məbləği 2,3 milyard avroya çatıb.

Eyni zamanda, yükün təhlükəsiz çatdırılmasını təmin etmək və məxfilik prinsiplərini qorumaq məqsədilə hərbi paketə nələrin daxil olduğu açıqlanmayıb.

Bu arada, Finlandiyanın müdafiə naziri Antti Hyakkanenin sözlərinə görə, ölkə bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
5
olaylar.az

6Mənbələr