Ötən gecə İrəvanda növbəti dəfə silah səsləri eşidilib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 00:40 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Ərəbkir polis şöbəsinə əməliyyat məlumatı daxil olub.
Bildirildiyinə görə bir qrup gəncin iştirakı ilə dava olub, bu zaman atəş açılıb. Məlum olub ki, hələlik naməlum vətəndaşlar arasında mübahisə baş verib, daha sonra davaya çevrilib, bu zaman 4-ə yaxın atəş açılıb. Hadisə yerində qan izləri aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı Ərəbkir rayon İstintaq şöbəsində cinayət işi açılıb, polis və istintaq şöbəsi tərəfindən hadisənin baş vermə şəraitinin aydınlaşdırılması, iştirakçıların şəxsiyyətinin müəyyən edilməsi, cinayətdə istifadə olunan tapançanın aşkar edilməsi istiqamətində zəruri əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, ötən gün baş nazir Nikol Paşinyan müharibədən sonra ölkədə çoxlu sayda silahların yox çıxdığını demişdi.