AZ

İran xarici işlər nazirinin müavini Ermənistana gedəcək


İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gedəcək.
Yeniavaz.com
“Sputnik Ermənistan“a istinadla xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat verib.
“Mənə indicə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyandan xoş dəvət aldım, mən bütün qonşularımızla münasibətləri gücləndirmək istəyimi təsdiq etdim və onun İrəvana dəvətini məmnuniyyətlə qəbul etdim”, - Taxt-Rəvançi bildirib.
Qeyd edək ki, bu günlərdə İran XİN rəhbərinin digər müavini Məhəmməd Həsən Şeyxolislami beynəlxalq forum çərçivəsində İrəvana səfər edib. O qeyd edib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kontekstində Tehran Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə yönəlmiş danışıqları alqışlayır və sülh sazişinin imzalanması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayır.
Seçilən
49
5
yeniavaz.com

5Mənbələr