AZ

Ev sahibi öz həyətində bizneslə məşğul olmaq üçün icazə almalıdır?

Tez-tez  vətəndaşlar satışla və ya digər fəaliyyətlərlə məşğul olmaq üçün öz yaşadıqları evlərin həyətlərindən istifadə edirlər. Müəyyən şərait yaratmaqla həyətlərini həm yaşayış, həm də biznes sahəsinə çevirirlər.

Maraqlıdır ki, belə hallarda onlar hansı hüquqi icazələri almalıdırlarmı?

SeherXeber.org xəbər verir ki, məsələylə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, belə bir fəaliyyət üçün xüsusi icazə almaq yox, torpağın təyinatının necə olduğunu bilmək lazımdır. Onun sözlərinə görə təyinat yaşayış üçündürsə və artıq qeyri-yaşayış sahəsi üçün istifadə olunmuş olsa belə, təcrübədə bu, problem doğurmur: 

“Çünki vətəndaşlar hüquqi şəxs yaratmaq üçün müvafiq qurumlara müraciət edərkən hüquqi ünvan kimi öz mənzillərini göstərirlər, bu da əsas verir ki, vətəndaş gələcəkdə öz evindən kommersiya fəaliyyəti üçün istifadə edə bilər”. 

Ekspert onu da əlavə edib ki, vətəndaş  belə fəaliyyətlə məşğul olmaq üçün vergi xidmətində qeydiyyata düşməli, vergi kodu almalı və fəaliyyətə başlamalıdır. 

Seçilən
173
4
seherxeber.org

10Mənbələr