Doğum gününü qeyd edən şəhid övladları ilə görüş keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid Ağcabəyov Tural Təbriz oğlunun qızı Leylanın 10 yaşı və şəhid Qədirov Müqəddəs Nail oğlunun qızı Nurayın 5 yaşı tamam olması münasibətilə hər iki şəhidin ailə üzvləri ilə görüşüb.
Elnur Rzayev doğum gününü qeyd edən şəhid övladlarını təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda doğum gününü qeyd edən şəhid övladlarına qiymətli xatirə hədiyyələri təqdim olunub.