“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş zədələnib.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərakeş millisinin heyətində zədə alan yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
31 yaşlı futbolçunun baldır əzələsində yırtıq aşkarlanıb.
Hakim Ziyeş Superliqanın 5-ci turunda sentyabrın 14-də “Çaykur Rizəspor” matçını, 21-də isə “Fənərbaxça” ilə derbi oyununu buraxacaq.