Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.
Turkustan.az-ın məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.
Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.
"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.
Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
(bizim.media)