“Payonix BOKT” MMC-nin Müşahidə Şurasının sədri dəyişdirilib.Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Fətəliyev Anar Akif oğlu Müşahidə Şurasının sədri vəzifəsindən azad edilib.Onu bu vəzifədə Cəfərov Zamin Ramiz oğlu əvəzləyib.“Payonix BOKT”nin hazırda Müşahidə Şurasına üzvləri Eyvazova Gumru Kərim qızı və Vəliyev Nurlan Mahal oğludur.Xatırladaq ki, “Payonix BOKT” MMC 2022-ci ildə təsis edilib və 1.3 milyon manat nizamnamə kapitalı var. BOKT cari ilin mayında Mərkəzi Bankdan bazarda iştirak üçün lisenziya əldə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta