AZ

ABŞ Ukrayna ilə bağlı bu imkanını itirə bilər

Sentyabrın sonunda Vaşinqton Kiyevə 5,8 milyard dollar məbləğində maliyyə yardımı köçürmək imkanını itirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” Amerika rəsmilərinin məlumatlarına istinadən yazıb.

Qeyd edilir ki, hər şey Konqresin Pentaqonun PDA proqramı çərçivəsində resurslardan istifadə səlahiyyətini genişləndirib-uzatmayacağından asılıdır. Konqresin nümayəndələri sentyabrın 30-dək büdcə layihəsini razılaşdırmalıdırlar, əks halda hökumət fəaliyyətini dayandıracaq.

Nəşrin yazdığına görə, Amerika rəsmiləri qanunvericilərin dövlət departamentlərinin öz proqramlarını maliyyələşdirmək səlahiyyətlərini daha bir il uzadacaqlarına ümid edirlər.

 

Seçilən
52
1
hurriyyet.az

6Mənbələr