Bakı. Trend:
İran xarici işlər nazirinin müavini Məcid Taxt-RəvançiErmənistana səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Məcid Taxt-Rəvançi “X” sosialşəbəkəsində məlumat verib.
Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edənerməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığınıbildirib.
M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib.