7NEWS.az xəbər verir ki, Nüvə Təhlükəsizliyi və Təhlükəsizlik Komissiyası (NSSC) Cənubi Koreyada iki yeni nüvə reaktoru ilə bağlı açıqlama verib.
Cənubi Koreyanın nüvə enerji şirkəti Korea Hydro & Nuclear Power (KHNP) tərəfindən 2016-cı ildə edilən müraciətin qəbul edildiyi bildirilən açıqlamada, Şin-Hanul 3 və 4 reaktorlarının ölkənin Uljin bölgəsində qurulacağı qeyd edilib.
Açıqlamada tikinti sahəsinə baxış keçirildiyi və təhlükəsizliyə təsir edəcək hər hansı geoloji risk aşkar edilmədiyi bildirilib.
Şin-Hanul 3 və 4-ün tikintisi üçün müraciət 2016-cı ilin yanvarında edilib, lakin enerji siyasətinin dəyişməsi səbəbindən layihə 2017-ci ildə dayandırılıb.
7NEWS.az