Olaylar.az publika.az-a istinadən xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında azan oxunması ilə bağlı yazı dərc edib.
"Qırmızı xətt gün kimi aydındır. Top hazırda NATO-nun meydançasındadır. Dua edək ki, NATO nə etdiyini bilsin", - Çey Bouz "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Jurnalist NATO-nun Putinin qırmızı xəttini keçməyəcəyinə və Avropanı təhlükəyə atmayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti bildirmişdi ki, Kiyevin Rusiyanın dərinliklərində Qərb silahları ilə zərbələr endirməsinə icazə verilməsi Aİ, NATO və ABŞ-ın Rusiya Federasiyası ilə müharibəyə girməsi demək olacaq. Bu, Moskvanı yaranacaq təhlükələr əsasında müvafiq qərarlar qəbul etməyə məcbur edəcək.