AZ

Peskov: Putinin Rusiyaya mümkün zərbələrin nəticələri ilə bağlı bəyanatı ünvanına çatıb

Rusiya Prezidenti Vladimir Putinin ölkənin dərinliklərinə Qərb texnikası ilə mümkün zərbələrin nəticələrinə dair bəyanatı ünvanına çatıb.



NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin bəyanatı son dərəcə aydın və birmənalı olub: "Bu bəyanatın öz ünvanına çatdığına şübhəmiz yoxdur".
“Politico” isə məlumat yayıb ki, ABŞ və Böyük Britaniya Rusiyaya zərbələr endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər və bunun BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı elan edilməsi mümkündür.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
22
5
nuhcixan.az

8Mənbələr