Bu gün I Liqada 1-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Ötən mövsüm Premyer Liqada sonuncu olan və elitanı tərk edən "Qəbələ" aşağı liqada ilk oyununa çıxıb.
Kaxaber Sxadadzenin komandası Qəbələ şəhər stadionunda "Zaqatala" ilə qarşılaşıb və 0:0 hesablı bərabərə qalıb.
Bu, "Qəbələ"nin aşağı liqada ikinci mövsümüdür. Debütü 2005-2006-cı illər mövsümünə təsadüf edən "qırmızı-qaralar" birinci divizionun (indiki 1-ci Liqa) ilk turunda "Şərur"la qarşılaşıb.
2005-ci il sentyabrın 21-də keçirilən görüşdə "Qəbələ" 8:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda isə MOİK "Mingəçevir"i qəbul edib və 1:2 hesabı ilə uduzub.
13 sentyabr
“Qəbələ” – “Zaqatala” 0:0
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov
Qəbələ şəhər stadionu
MOİK – “Mingəçevir” 1:2
Qollar: Aqil Nəsibov, 20 (0:1), Taleh Fərmanov, 70 (0:2), İbrahim Əliyev, 90+1-pen. (1:2)
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev
Lökbatan OİK stadionu