Əfqanıstanın Daykundi əyalətində naməlum silahlı şəxslərin hücumu nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı məlumat yayıb.
Bildirilir ki, hücum gün boyu Daykundi və Qor əyalətlərinin sərhədi yaxınlığında yaşanıb.
Telekanalın məlumatına görə, hücum yerli sakinlər İraqın Kərbəla şəhərindən qayıdan zəvvarları qarşılamağa gedən zaman baş verib.
Namiq