Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi işlərini davam etdirir.
NUHÇIXAN xəbər verir ki, görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Kəngərli, Ordubad və Şahbuz rayonlarında da sosial xidmət müəssisələrinin tikilməsi üçün artıq konsept layihələr hazırlanıb. Bu layihələr üzrə Şərurda Psixoloji Sosial Xidmət Mərkəzi, Culfada baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi tikiləcək. Həmçinin Kəngərlidə məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiyayönümlü sosial xidmətlərlə təminatını həyata keçirəcək sığınacaq inşa olunacaq. Eyni zamanda, Ordubad və Şahbuzda isə uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta