ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğuş göstəricilərini hesablayıb.BUTA.TV xəbər verir ki, hesabatda Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğuş səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğuş) olub. Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğuş səviyyəsinə görə isə 148-ci (hər 1000 nəfərə 12 doğuş) yerdədir. Ermənistan ölüm səviyyəsinə görə 42-ci (hər 1000 nəfərə 9,6 ölüm), doğuş səviyyəsinə görə 177-ci yeri (hər 1000 nəfərə 10,5 doğuş) tutur. Türkiyə ölüm nisbətinə görə 151-ci (hər 1000 nəfərə 6,1 ölüm), doğuş səviyyəsinə görə isə 122-ci (hər 1000 nəfərə 13,8 doğuş) yerdədir. İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğuş səviyyəsinə görə isə 119-cu (hər 1000 nəfərə 14,3 doğuş) yerdədir. Rusiya ölüm nisbətinə görə 9-cu (1000 nəfərə 14 ölüm), doğuş nisbətində 209-cu (1000 nəfərə 8,4 doğuş) yerdədir. Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğuş səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.