AZ

Azərbaycan televiziyasında şok hadisə - Qiymət artımına elə bir etiraz etdilər ki...

ARB TV-də yayımlanan "Günə doğru" verilişində qiymət artımı tənqid edilib.

Aparıcı Rahil Sayadoğlu qiymətlərin artdığını, amma keyfiyyətin artmadığını bildirib.

"İctimai nəqliyyatda qiymət artdı, keyfiyyət artdı? Yox. İnternetdə qiymət artdı, sürət artdı? Yox. Daha deyin ki, elə-belə qiyməti artırmaq istəyirik da. Belə şey olar?" deyə, Rahil bildirib.

Digər aparıcı Sevda Rəsulqızı isə "Siz də bəziləri kimi barmağınıza dolayın ki, inkişaf etmiş ölkələrdə qiymətlər artıb deyə artırırq" deyə, reaksiya verib. 

Rahil isə "İnkişaf edən ölkələrdəki pensiya, maaş burada var? O da yoxdur" cavabını verib. / Axşam.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
show.az

1Mənbələr