AZ

"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının əsaslı təmir və modernləşdirilməsi ilə bağlı ilkin mərhələ işləri başa çatdırılıb.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, müvafiq texniki, maliyyə və digər məsələlərin həllindən sonra stansiyanın təmirinə başlanılması gözlənilir: “Bakı metrosunda həmin zaman qatarların hərəkət qrafiki ilə yanaşı, baş verəcək digər dəyişikliklərin hər biri ətraflı şəkildə əvvəlcədən ictimaiyyətə təqdim olunacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
9
avtosfer.az

10Mənbələr