AZ

Çində elektrikli avtomobillərin və hibridlərin satışı kəskin artıb

Çin vətəndaşları NEV (New Energy Vehicles) seqmentində bir milyon avtomobil, yəni elektrikli avtomobillər və şarj edilə bilən hibridlər alan ilk ölkə olub.

Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, bu, bazarda ümumi enişin davam etməsi fonunda baş verib və müvafiq olaraq satışlarda NEV-in payı növbəti rekord qırıb.

Ümumilikdə avqustda Çində 1.03 milyon elektromobil və hibrid alınıb ki, bu da bütün satışların 53.5%-ni təşkil edib. İlk dəfə olaraq NEV-in payı cəmi bir ay əvvəl, iyulun sonunda 50%-i keçib. Çində minik avtomobilləri bazarının ümumi həcmi 1.92 milyon avtomobil təşkil edib ki, bu da illik müqayisədə 1.1% azdır. İyul ayı ilə müqayisədə azalma tempi bir qədər aşağı düşsə də, bazarda ardıcıl beşinci aydır ki, azalma davam edir.

Məlumata görə, Çində NEV-lərin artan populyarlığına bir sıra dövlət subsidiyaları, o cümlədən ənənəvi avtomobillərdən elektromobillərə və hibridlərə keçənlərə yönəldilən subsidiyalar stimullaşdırılır. Onlar NEV alarkən 20 min yuan (təxminən 4 800 manat) və ya daha kiçik daxili yanma mühərrikli avtomobil aldıqları halda 10 min yuan (təxminən 2.400 manat) subsidiya almaq hüququna malikdirlər. Yerli analitiklər bildiriblər ki, subsidiyadan yararlananların 80%-i elektromobil və ya hibrid modelə keçib.

"Carscoops"a görə, ilin əvvəli ilə müqayisədə avqust ayında akkumulyatorla işləyən avtomobillərə qlobal tələbat da artıb. Ümumi artım 20%, ayrı-ayrı ABŞ ştatlarında isə 9% təşkil edib, lakin burada satışların artması tendensiyası noyabr seçkisindən sonra dəyişə bilər. Eyni zamanda, Avropada elektriklə işləyən avtomobillərin populyarlığı ilk dəfə olaraq 4% azalmağa başlayıb.

(oxu.az)

Seçilən
134
50
avtosfer.az

10Mənbələr