AZ

Çin Almaniyanı Tayvan boğazında təhlükəsizlik risklərini artırmaqda ittiham edib

Çin Almaniyanı Tayvan boğazında təhlükəsizlik risklərini artırmaqda ittiham edib

İki alman gəmisinin Tayvan boğazından keçməsi təhlükəsizlik risklərini artırıb və yanlış siqnallar göndərir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığının rəsmi nümayəndəsi Li Xi bildirib.“13 sentyabrda Almaniyanın “Baden-Württemberg” freqatı və Almaniyanın “Frankfurt am Main” təchizat gəmisi Tayvan boğazından keçərək ictimai spekulyasiya obyektinə çevrilib”, – dey o, "WeChat"da yayımladığı bəyanatda bildirib.Li Xi qeyd edib ki, Çin tərəfi nəzarət tədbirləri görüb, dəniz və hava qüvvələrindən istifadə edərək, bu gəmiləri boğazdan keçdikləri bütün marşrut boyunca müşahidə edib. "Qoşunlarımız daim yüksək döyüş hazırlığı vəziyyətindədir, biz bütün təhdidlərə və təxribatlara qətiyyətlə qarşıyıq" - deyə rəsmi nümayəndə vurğulayıb.Qeyd edək ki, alman hərbi gəmiləri 20 ildən artıq müddətdə ilk dəfə Tayvan boğazından keçib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə bildirib ki, ən qısa və ən təhlükəsiz yol Tayvan boğazından keçir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
7
afn.az

8Mənbələr