AZ

DYP müraciət etdi - Yeni tədris ili ilə bağlı

DYP müraciət etdi - Yeni tədris ili ilə bağlı




Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.AzFakt.com xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, müraciətdə deyilir:“Yeni tədris ilinin başlanması küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.Bunları nəzərə alaraq, bütün sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlamaları, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmamaları xahiş olunur.Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamaq və hərəkət hissəsini piyada keçidləri ilə keçmək, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamaq tövsiyə edilir”.




Xəbərin oxunma sayı :
19

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
azfakt.com

10Mənbələr