AZ

Rusiya Çin mühərrikli kamikadze dronlar hazırlayır

Yayımlandı: 14 Sentyabr 2024 15:24 Pilotsuz uçan aparatlar Ukraynadakı hərbi və mülki hədəflərə qarşı yerləşdirilib Rusiyanın Çin mühərrikli kamikadze dron istehsal etdiyi bildirilir.Avropa kəşfiyyat agentliyindən iki mənbə və “Reuters”-in gördüyü sənədlərə görə, Rusiya Ukraynadakı müharibədə istifadə etdiyi dronların mühərrikini Çindən alaraq, özü istehsal edir. Bu, keçən il istifadəsinə başladığı “Garpiya-A1” adlı yeni uzunmənzilli pilotsuz hücum təyyarəsinə də aiddir. “Reuters” yeni pilotsuz uçan aparatın istehsal müqaviləsi, istehsal prosesi ilə bağlı şirkət yazışmaları və maliyyə sənədlərinə istinadən yazır ki, Rusiyanın dövlət silah istehsalçısı “Almaz-Antey”-in törəmə şirkəti olan “IEMZ Kupol” 2023-cü ilin iyulundan 2500-dən çox “Garpiya” istehsal edib. Bildirilir ki, Çin texnologiyasını özündə birləşdirən yeni rus pilotsuz təyyarəsinin mövcudluğu barədə əvvəllər məlumat verilməyib. Bu barədəki sorğuya “IEMZ Kupol” və “Almaz-Antey” cavab verməyib. Mənbə bildirib ki, pilotsuz uçan aparatlar Ukraynadakı hərbi və mülki hədəflərə qarşı yerləşdirilib, kritik infrastruktura ziyan vurub, həm mülki, həm də hərbi itkilərə səbəb olub.Rusiya Müdafiə Nazirliyi bu xəbərlə bağlı şərh sorğusuna cavab verməyib. Çin Xarici İşlər Nazirliyi “Reuters”ə verdiyi açıqlamada bildirib ki, Pekin potensial hərbi tətbiqi olan əşyaların, o cümlədən pilotsuz təyyarələrin ixracına ciddi nəzarət edir. Həmçinin əlavə edib Çinin Rusiya ilə ticarətində heç bir beynəlxalq məhdudiyyət yoxdur. NATO-nun baş katibi Yens Stoltenberq keçən həftə Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və Pekinin yardımının münaqişənin davam etməsində mühüm amil olduğunu deyib. Kəşfiyyat mənbələri bildiriblər ki, pilotsuz təyyarələrin istehsalı üçün Rusiyanın qərbində, Udmurt Respublikasının İjevsk şəhərində yerləşən və Kupol tərəfindən 2020-ci ildə satın alınan keçmiş sement zavodundan istifadə edilir.“Garpiya”nın uçuş çəkisi 300 kiloqramdan az və maksimum uçuş məsafəsi 1500 kilometrdir. Kupol və Rusiya Müdafiə Nazirliyi arasında istehsal müqaviləsinə əsasən, Moskvanın Ukraynada geniş şəkildə istifadə etdiyi İranın “Şahed-136” pilotsuz uçan aparatlarına bənzəyir. Meydan TV

Seçilən
146
50
xural.com

10Mənbələr