AZ

Bakıda mənzildə köməksiz qalan uşaqlar belə xilas edildi - Video

Bakıda mənzildə köməksiz qalan uşaqlar belə xilas edildi - Video




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu haqda  FHN-dən bildirilib.Qeyd olunub ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə onaltımərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2018-ci il təvəllüdlü Y.Axundzadəni və 2021 ci il təvəllüdlü A.Axundzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.




Xəbərin oxunma sayı :
73

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
21
azfakt.com

10Mənbələr