ABŞ Dövlət Departamenti Rumıniya hökumətinə F-35 qırıcıları və müvafiq avadanlıqların mümkün satışı ilə bağlı qərar qəbul edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "European Pravda” Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatlarına istinadən yazır.
Agentlik bu gün Konqresə bu potensial satış barədə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.
Rumıniya hökuməti 32 "F-35A Lightning II" Birgə Zərbəli Qırıcı təyyarə və 33 "Pratt & Whitney F135-PW-100" mühərrikləri, eləcə də digər müvafiq avadanlıqların alınmasını xahiş edib.
Ümumi dəyəri 7,2 milyard dollar qiymətləndirilir.