AZ

Serbiyada məcburi hərbi xidmət bərpa olunur

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını bildirib.

Xezerxeber.az xəbər verir ki, Aleksandar Vuçiç Serbiyada məcburi hərbi xidmətin 75 gün olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ona göndərilən təklifi qəbul etdiyini deyib.

Serbiya Prezidenti ölkəsinin güclü orduya ehtiyac duyduğunu, hökumətin də bu təklifi qəbul edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Aleksandar Vuçiç bu addımın hər hansı bir ölkəyə hücum etmək məqsədi daşımadığını qeyd edib: "Sizə bildirmək istəyirəm ki, mən respublikanın prezidenti kimi 75 gün müddətinə adi hərbi xidmət keçmək haqqında saziş imzalamışam. Ordumuz getdikcə daha da güclənməlidir, bizim heç kimə hücum etmək niyyətimiz yoxdur, amma hər gün bizi təhdid edənlərin hamısını cilovlamalıyıq".

Xatırladaq ki, Serbiya parlamenti 2010-cu ildə məcburi hərbi xidməti ləğv edib.

Seçilən
172
13
xezerxeber.az

10Mənbələr