Yer-yer tipli raket İsrailin mərkəzinə düşüb.
SeherXeber.org xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bu, hava hücumu xəbərdarlığı fonunda baş verib. İtkilər barədə məlumat verilmir.
Sentyabrın 14-də Livandan atılan iki “hava hədəfinin” İsrailin şimalına düşdüyü bildirilib. Hava hədəfləri İsrail sərhədini keçərək Kiryat Şmona şəhəri yaxınlığında düşüb. Sentyabrın 8-də İsrail Müdafiə Qüvvələri ölkənin şimal rayonlarının Livan ərazisindən atəşə tutulduğunu qeyd edib, 50-yə yaxın mərmi atılıb.(Publika.az)