AZ

"FORMULA 1" QRAN PRİSİNDƏ QƏZA BAŞ VERİB - 5 BOLİD BİR-BİRİNƏ ÇIRPILIB

"Formula 1" Azərbaycan Qran Prisi 2024 çərçivəsində "Formula 2" komandalarının əsas yarışları zamanı zəncirvari qəza baş verib.

TEZADLAR.AZ xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb və ciddi texniki zərər dəyib.

Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib. Əsas yarış bu gün keçiriləcək, "Formula 1" və "Formula 2" yarışlarının qalibləri müəyyənləşəcək.

Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir.formula1qeza-2

formula1-qeza-2

trend

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
10
tezadlar.az

10Mənbələr