AZ

Sakinlərdən odlu silahlar götürülüb

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Hafta.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü şəkildə polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
84
39
hafta.az

10Mənbələr