AZ

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Cəlilabad, 14 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Seçilən
31
39
azertag.az

10Mənbələr