AZ

Castin Timberleyk cəzalandırıldı

Castin Timberleyk cəzalandırıldıABŞ-nin Nyu-York əyalətinin hakimi müğənni Castin Timberleykə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə qeyri-kommersiya təşkilatında 25 saat ictimai xidmətə məhkum edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bundan başqa, Timberleyk 250 dollar (təxminən 425 manat) əlavə ödənişlə 500 dollar (təxminən 850 manat) cərimə ödəməlidir.

Qeyd edək ki, iyun ayında müğənni ABŞ-də Long Aylenddə (Nyu-York) sərxoş vəziyyətdə maşın sürdüyü üçün saxlanılıb. İlkin ittiham - sərxoş halda avtomobil idarə etməkdir. Onu 1 000 dollara qədər (təxminən 1 700 manat) cərimə və 1 ilə qədər həbs cəzası gözləyə bilərdi. Lakin sonradan Timberleyk istintaqla razılaşma əldə edib və məhdudlaşdırılmış qabiliyyət vəziyyətində avtomobil sürməkdə günahını etiraf edib.

Xatırladaq ki, Timberleyk kommersiya baxımından dünyanın ən uğurlu musiqi sənətçilərindən biridir (30 milyondan çox albom nüsxəsi və 50 milyondan çox sinql). 2016-cı ildə "The Hollywood Reporter" onu şou-biznes tarixinin ən dahi artistlərindən biri kimi tanıyıb. Musiqi fəaliyyəti ilə yanaşı, Timberleyk həm əsas, həm də köməkçi filmlərdə bir çox rol oynayıb. Tənqidçilərin fikrincə, onun ən əhəmiyyətli aktyor işi Devid Finçerin "Sosial şəbəkə" (2010) bioqrafik dramında sahibkar Şon Parker rolu olaraq qalır.

Seçilən
12
3
sonxeber.az

4Mənbələr