AZ

Biləsuvar sakinlərindən silahlar götürülüb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

"Ölkə.az" xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
73
39
olke.az

10Mənbələr